Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu yenidən dayandırıb.

Bu barədə Hospitalın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hospital noyabrın 20-dən etibarən yenidən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Hal-hazırda hospitalda yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.