130-dan çox ölkə rəqəmsal valyutanın buraxılması üzərində işləyir.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, inkişaf etmiş ölkələrdə ticarətdə nağd puldan istifadənin azalması və texnologiya şirkətlərinin kriptovalyuta yaratmaq təşəbbüsləri mərkəzi bankların rəqəmsal valyutaya marağını artırıb.

ABŞ-da yerləşən "Atlantic Council" analitik mərkəzinin məlumatına görə, 2020-ci ilin may ayında yalnız 35 ölkənin mərkəzi bankı rəqəmsal valyutanı qiymətləndirib. 64 ölkənin mərkəzi bankı rəqəmsal valyuta tədqiqatlarında inkişaf, sınaq və ya təşviqat mərhələsində olub. 11 ölkə isə rəqəmsal pul vahidlərini istifadəyə verib.

Bu il 20-dən çox ölkənin mərkəzi bankları rəqəmsal valyutaların sınaqdan keçirilməsi üçün addımlar atmağı düşünür. Avstraliya, Tayland və Rusiya pilot sınaqları davam etdirməyi, Hindistan və Braziliya isə 2024-cü ildə rəqəmsal valyutaları buraxmağı planlaşdırır. Ümumilikdə 2030-cu ilə qədər 24 mərkəzi bankın dövriyyədə rəqəmsal valyutaya malik olacağı gözlənilir.

Gülşən Şərif