İclasda işçi qrupunun 2021-ci il üzrə fəaliyyət planının icrası, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması istiqamətində hesabat dövründə görülmüş işlər müzakirə ediləcəkdir.

Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.

Məlumata görə, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun 28.12.2021-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə 2021-ci ilin yekunlarına dair iclasının keçirilməsi nəzərdə tutulur. İclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosasiya nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. İclasda işçi qrupunun 2021-ci il üzrə fəaliyyət planının icrası, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması istiqamətində hesabat dövründə görülmüş işlər müzakirə ediləcək.

Bildiri ki, iclasda həmçinin təbii resursların idarəedilməsi indeksinin işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planına daxil edilməsi təklifi müzakirə olunacaq və bu istiqamətdə ölkənin mövqeyinin yaxşılaşdırılması üçün görülməli işlər ətrafında fikir mübadiləsi aparılacaq.