“Meqa Ximki” ticarət mərkəzi dekabrın 29-u fəaliyyətini bərpa edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ticarət mərkəzinin teleqram kanalında məlumat verilib.

Eyni zamanda, bir sıra mağazalar, binanın altındakı avtomobil dayanacağı və uşaq meydançası hələlik bağlı qalacaq.

Ticarət mərkəzindən bildirilib ki, rəhbərlik bütün lazımi yoxlamaları həyata keçirib. Qeyd edək ki, Meqa Ximki ticarət mərkəzi dekabrın 9-da OBI mağazasında baş verən yanğından sonra bağlanmışdı.