Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel özünün “Twitter” səhifəsində ölkədə koronavirusa yoluxma ilə bağlı son vəziyyət barədə məlumat paylaşıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, bir gün ərzində ölkədə koronavirusa 6 258 yoluxma halı aşkarlanıb, 895 nəfər COVID-19-dan ölüb.

Meksikada COVID-19-a yoluxma ilk dəfə fevralın 28-də aşkar olunub.

Həmin gündən indiyə kimi ölkədə virusa ümumilikdə 268 008 insan yoluxub, müalicə alan 32 014 nəfər vəfat edib.