Meksikada ötən sutka koronavirusa 6 995yoluxma qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, bununla da Şimali Amerika ölkəsində COVID-19-a yoluxma hallarının sayı 275 003-ə çatıb.

Qeyd edilir ki, ölkədə ümumilikdə 32 796nəfər pandemiyanın qurbanı olub. Son sutkada daha 782 nəfər koronavirusdan ölüb.

Hazırda ölkədə 74 412 nəfər aktiv koronavirus xəstəsi var.