Meksikada bir gündə koronavirusdan 501ölüm qeydə alınıb.

Bu barədə yerli Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin rəhbəri Xose Luis Alomia keçirdiyi mətbuat konfransının gedişatında bildirib.

O, qeyd edib ki, COVID-19-a yoluxmaların ümumi sayı 74 560-a, infeksiyanın yaratdığı xəstəlikdən ölənlərin sayı isə 8 134 nəfərə çatıb. 

Meksikada COVID-19-a ilk yoluxma 28fevralda aşkarlanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün ərzində virusa yoluxma hallarının ümumi sayı 3 455 artıb.(Report)