Meksikada dünyada ən böyük oyuncaq ayı hazırlanıb.

İqtisadiyyat.Az-ın Oxu.az-a istinadən  məlumatına görə, Şonita adı verilmiş oyuncaq ayı Ginnesin Rekordlar Kitabına daxil edilib.

Şonita 4 ton ağırlığındadır, boyunun uzunluğu isə 25 metrdir. Oyuncağın hazırlanması üçün 60 usta çalışıb. Onun hazırlanmasına 620 metr parça, 4 ton içlik, 100 metr tül istifadə olunub.

Bu ayını alıb yerləşdirəcək qədər böyük ev varmı bilmirik, lakin almaq istəyən 500 min peso ödəməli olacaq.