Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 6 741 nəfər artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomia öz açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 679 nəfər vəfat edib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə ümumilikdə 238 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 189 nəfəri vəfat edib.

Hazırda hakimiyyət orqanları daha 76 423pasiyentin koronavirusa yoluxma halını və 2 105 nəfərin bu virusdan ölümü ilə bağlı şübhəli halları araşdırır.report