Meksika prezidenti Andres Manuel Lopez Obrador BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkü qərəzli olmaqda ittiham edib.

İqtisadiyyat.az xəbər verir ki, Lopez Obrador bunu mətbuat konfransında deyib.

"Ali komissar çox qərəzlidir. O, bizə qarşıdır və Meksikanın çox qəddar ölkə olduğunu nümayiş etdirmək istəyənlərlə əlbirdir", - prezident qeyd edib.

Meksika rəhbəri Türkün Meksika hakimiyyətinin seçki dövründə ölkədəki zorakılıq vəziyyətini nəzarətə götürməsi ilə bağlı çağırışlarına da cavab verib.