Tacikistanda ötən ay illik inflyasiya 2 dəfə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) məlumatında deyilir.

Hesabat dövründə ölkədə illik inflyasiya 2,3%-dən 4,2%-ə yüksəlib. Məlumata görə, bu artım dünya bazarında qiymətlərin artması və Rusiyada inflyasiyanın sürətlənməsi ilə bağlıdır. Beləliklə, avqustda ölkədə inflyasiya Tacikistan Milli Bankının bu il üçün proqnozlaşdırdığı 4-8% səviyyəsinə qayıdıb.

Qeyd edək ki, Rusiya Tacikistanın əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi bu ilin yanvar-iyul aylarında 9,8% artaraq 997,4 milyon dollara çatıb.

 

Gözəl Həşimova