İlon Mask ABŞ prezidentliyinə namizədlərin heç birinə maliyyə yardımı etmədiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Mask bu barədə "X"də paylaşım edib. 

"Tamamilə aydın olmaq üçün, mən ABŞ prezidentliyinə heç bir namizədə pul bağışlamıram", - Mask qeyd edib.

Martın 5-də Bloomberg agentliyi ABŞ-nin keçmiş prezidenti Donald Trampın Mask ilə görüşdüyünü bildirib. Onların görüşünün təfərrüatları verilməyib, lakin agentlik qeyd edir ki, bu, Trampın son vaxtlar “maliyyə çatışmazlığı ilə üzləşən” kampaniyasını maliyyələşdirmək üçün donorları cəlb etməyə çalışdığı bir vaxtda baş verib.