Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 7-8-də ABŞ-yə səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbəsinə istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, XİN rəhbəri ABŞ-nin dövlət katibi Antoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşəcək. Agentliyin yazdığına görə, səfər zamanı Fidan amerikalı həmkarları ilə Qəzza zolağı və Ukraynadakı vəziyyəti, həmçinin ikitərəfli gündəmdəki məsələləri, o cümlədən Türkiyənin müdafiə sənayesinə sanksiyalar, F-16 qırıcılarının satışı ilə bağlı məsələləri müzakirə edəcək. 

Türkiyənin xarici işlər naziri qarşıdan gələn səfəri Antalya Diplomatik Forumunun bağlanışında açıqlayıb, lakin konkret tarixlər açıqlamayıb. O qeyd edib ki, səfərin məqsədi ikitərəfli strateji mexanizm çərçivəsində işləmək olacaq.