İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti"nin türk əsilli futbolçusu İlkay Gündoğan qınağa məruz qalıb.

İqtisadiyyat.az xəbər verir ki, dünən futbolçunun  qol vurduqdan sonra sevinməsi birmənalı qarşılanmayıb. İlkay Gündoğan oyundan sonra müsahibə verib.

"Əhəmiyyətli bir qələbə qazandıq,amma fikrim Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələdən zərər çəkmiş insanlar və dağıntılar altında qalanları xilas etmək üçün yorulmadan çalışan qruplarladır.