“Mançester Siti”nin ulduz futbolçusu Cek Qrilişin evinə ötən çərşənbə gecəsi oğrular basqın ediblər.

İqtisadiyyat.az "The Sun" nəşrinə istinadən xəbər verir ki,Qrilişin İngiltərənin Çeşir şəhərindəki malikanəsi qarət edilib. Oğruların “Mançester Siti”nin “Everton”la səfər matçında evə girdiyi, evdə Qrilişin nişanlısı Saşa Attvud, valideynləri və qardaşları ilə birlikdə təxminən 10 nəfərin olduğu bildirilib.

Ailə üzvlərinin televizorda matçı izləyərkən yuxarı mərtəbədən gələn səsləri eşidərək təlaşa düşdükləri və polisə müraciət etdikləri bildirilərkən, polisin  olduğu axtarışlarda şübhəlinin tapılmadığı öyrənildi. 

Xəbərdə oğruların 1 milyon funt sterlinq dəyərində saat və zinət əşyaları ilə qaçdıqları bildirilib.