İsveç komandası "Malmö" gənc futbolçusu Sebastian Nanasi ilə vidalaşa bilər.

"Operativ Media" xəbər verir ki, buna səbəb 21 yaşlı isveçli futbolçuya Avropa klublarının maraq göstərməsidir. Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Sebastian Nanasinin "Malmö" ilə 2024-cü ilin yayına kimi müqaviləsi var.

Skandinaviya futbolunun ən bacarıqlı futbolçularından hesab edilən Nanasi bu mövsüm "Malmö" forması ilə 28 oyunda 11 qol vurub və 6 assist edib.