Dövlət İmtahan Mərkəzi təsviri sənət istiqamətinə aid aşağıdakı komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edən abituriyentlərə müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, müraciətdə deyilir:

"Bakalavriat səviyyəsinin Rəngkarlıq (10) və Qrafika (11) komissiyalarının rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq, Heykəltaraşlıq (12) komissiyasının rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər isə yapma fənni üzrə imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini çap edə bilərlər.

"Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar əksini tapıb.

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Qrafiklə buradan tanış ola bilərsiniz.

Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik".