İyulun 8-də elm və təhsil Emin Əmrullayev Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.

Bu barədə İqtisadiyyat.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.