"Fransanın Nigerdəki səfiri bu ölkədə iqtidarı ələ alan hərbi xunta tərəfindən girov götürülüb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

Makron Semur-en-auxois kəndinə etdiyi ziyarət zamanı deyib: "Hazırda Nigerdəki səfirimiz və digər diplomatlarımıza yeməklərin çatdırılmasına icazə verilmir. Onlar hərbi təchizatla yemək yeyirlər. Faktiki olaraq girov götürülüblər".