Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Super Liqada növbəti matçına çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Konya təmsilçisi XXVI turda səfərdə "Ümraniyespor"la qarşılaşacaq. Oyun saat 14:30-da başlayacaq.

"Konyaspor" çempionatda 34 xalla 8-ci sıradadır. "Ümraniyespor" isə 22 xalla sonuncu pillədə qərarlaşıb.