"Konyaspor"un baş məşqçisi Aleksandar Stanoyeviç millimizin üzvü Mahir Emreliyə Superliqanın son turunda "Trabzonspor"la oyunda start heyətdə şans verməməsinin səbəbini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, serbiyalı mütəxəssis oyundan sonra keçirdiyi mətbuat konfransında deyib ki, Mahiri zədədən qorumaq üçün ikinci hissədə meydana buraxıb:

"Zədələrinə görə Mahiri ikinci hissədə oyuna buraxdım. Həmlə edə bilmək üçün onu qorumaq istədim. Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəflədik".

Xatırladaq ki, Mahir "Konyaspor"un 2:1 hesabı ilə qalib gəldiyi matçın 46-cı dəqiqəsində meydana çıxıb.