Türkiyə superliqasında 30-cu turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” bu gün səfərdə “Kasımpaşa” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. M.Emreli sözügedən oyun üçün ehtiyat oyunçular skamyasında başlayıb. O, 39-cu dəqiqədə meydana daxil olub və sonadək oynayıb.

29 oyundan 42 xalı olan “Konyaspor” 8-ci, 33 xala malik “Kasımpaşa” 12-ci yeri tutur.