Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Super Liqada növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Trabzonspor"u qəbul edib. Görüş Konyaspor"un qələbəsiylə başa çatıb - 2:1.

"Konyaspor" hesabda geri düşsə də, dönüş etməyi bacarıb. 

Mahir də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub və skna qədər oynayıb. Emreli 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

"Konyaspor" 31 oyundan sonra 45 xalla 6-cı sıradadır. "Trabzonspor" isə 30 oyuna 45 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.