Türkiyənin "Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini tam sağaldıb.

İqtisadiyyat.az xəbər verir ki, 25 yaşlı hücumçu bu gün komanda ilə məşqdə iştirak edib. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Emreli zədə səbəbindən Azərbaycan millisinin Avstriya və İsveçrə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunlarını buraxıb.