Almaniyanın maliyyə nəhəngi “Deutsche Bank” Venesuelaya məxsu 20 ton qızılı müsadirə edib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, bank Venesuelanın 2016-cı ildə götürdüyü krediti qaytarmadığı üçün bu qərara əl atıb.

Məlumata görə 2016-cı ildə Venesuela bankdan 750 milyon dollar kredit götürüb və əvəzində 20 ton qızıl girov qoyub. Daha sonra Venesuela kredit öhdəliklərini yerinə yetirməyib, kreditin qaytarılma müddəti 2021-ci ildə bitsə də bank kredit müqaviləsini ləğv edərək girov qızılın müsadirəsinə qərar verib.