"Macarıstan hökuməti ölkədə silahlı münaqişə davam etdiyi müddətdə Ukraynanın NATO-ya üzvlüyünün müzakirə oluna bilməyəcəyində qətidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto bildirib.

Slovakiyalı həmkarı Miroslav Vlaçovski ilə birgə mətbuat konfransında Ukraynanın alyansın 11-12 iyulda keçiriləcək Vilnüs sammitində NATO-ya dəvət ala biləcəyi sualına Szijarto belə cavab verib: "Bundan söhbət gedə bilməz".

Onun sözlərinə görə, müharibə şəraitində olan bir ölkənin NATO üzvlüyü müzakirə oluna bilməz: "Bu məsələ, ümumiyyətlə gündəliyə daxil edilə bilməz".

Baş diplomatın sözlərinə görə, onun avropalı həmkarlarının böyük əksəriyyəti onun sözləri ilə razılaşırlar.