Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqından Ukraynaya ayrılan 50 milyard avroluq yardıma veto qoyub.

Bu barədə İqtisadiyyat.az "UNİAN"a istinadən xəbər verir.

Məlumata görə, Avropa İttifaqı liderləri arasında gecə saatlarına qədər davam edən danışıqların yekunlaşmasından sonra Orbanın vetosunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təsdiqləyib.

 

Gözəl Həşimova