"Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovun yeni komandasının adı dəqiqləşib.

İqtisadiyyat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper ölkəsində “Dinamo” klubunun formasını geyinəcək.

Bir neçə klubdan təklif alan Rusiya millisinin üzvü moskvalılarla danışıqları yekunlaşdırıb. Tərəflər 2+1 illik müqaviləni razılaşdırıblar. Lunyov tibbi müayinənin ardından Premyer Liqa komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Andrey Lunyov 2023-24 mövsümünü “Qarabağ”da keçirib