"Ukrayna ilə sərhəddə gərginlik aradan qalxıb".

İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus lideri bildirib ki, ukraynalılar öz bölmələrini Belarus-Ukrayna sərhəd zonasından çıxarıblar. Lukaşenko da Ukrayna sərhəddindəki Belarus qüvvələrinin çıxarılmasını əmr edib:

“Belarusun indi ukraynalılarla heç bir problemi yoxdur".

Qeyd edək ki, bu gün Lukaşenko Ukrayna ilə sərhədə gedib.