"Gələn il çətin və səs-küylü olacaq, dünya böyük hadisələrin astanasındadır". 

İqtisadiyayt.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Sizi xəbərdar etmək istəyirəm: dünya ən monumental hadisələr ərəfəsindədir. Biz bu gün o qədər çətin vəziyyətdəyik ki, sanki nazik buzun üzərində gedirik. Ehtiyatsız addım atsaq, boğula, dövləti alt-üst edə bilərik. Ona görə də bu il çox çətin olacaq", - Lukaşenko bildirib.

Belarus lideri ABŞ-nin Sovet İttifaqının dağılmasından sonra olduğu kimi, bütün dünyanı idarə etmək üçün davamlı cəhdlərinə işarə edib: "Ukrayna, Yaxın Şərq, bu gün artıq Hind və Atlantik okeanlarının sərhədi var. Amerikada sırf qarşıdan gələn seçkilər xatirinə nümayişkaranə şəkildə bombalar atır və biz qəhrəmanlığımızı göstərməliyik", - Lukaşenko qeyd edib.

"Bütün planet alov ala bilər. Buna yol vermək olmaz", - Belarus prezidenti vurğulayıb.