Braziliyanın “Qremio” komandası ilə müqaviləsi bu ilin sonunda başa çatacaq Luiz Suares ABŞ təmsilçisi “İnter Mayami”yə transfer olunmaq üzrədir.

İqtisadiyyat.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, təxminən bir ay əvvəl şifahi razılığa gələn tərəflər 1 illik müqavilə imzalamağa razılaşıblar. Luiz Suaresin müqaviləsində növbəti mövsüm üçün seçim maddəsinin olacağı da bildirilib.

Bu transferlə uruqvaylı futbolçu "Barselona"da birlikdə oynadığı Lionel Messi ilə yenidən bir araya gələcək. Suarez və Messi 2014-2020-ci illərdə Kataloniya komandasında birgə çıxış ediblər.