"Barselona"nın və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike "Çelsi" ilə danışıqlar aparır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. London klubu komandanın sükanını 52 yaşlı mütəxəssisə tapşırmaq istəyir.

Enrike özü də Premyer Liqada işləməyə müsbət yanaşır.

"Çelsi" bir neçə gün əvvəl baş məşqçi Qrem Potterlə yollarını ayırıb. "Zadəganlar" çempionatda 11-ci sıradadır.