Liviya Milli Neft Korporasiyası yanvarın 7-dən etibarən ölkənin ən böyük yatağı olan "Şarara"nın etirazçılar tərəfindən blokadaya salınması ilə bağlı fors-major vəziyyət elan edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, etirazlar yataqdan Zaviyə ixrac terminalına neft nəqlinin dayandırılmasına səbəb olub. 

Şirkət hasilatı mümkün qədər tez bərpa etmək üçün danışıqların aparıldığını qeyd edib.

“Şarara” yatağının gücü sutkada 300 min bareldir. Yataq NOC, “Equinor”, OMV, “Repsol” və “Total Energies” arasında birgə müəssisə tərəfindən idarə olunur. Bir həftə əvvəl 70 min barel “El-Feel” yatağının bağlandığı və oradakı əməliyyatların vəziyyəti ilə bağlı heç bir yenilik olmadığı bildirilib.

Ekspertlər hesab edirlər ki, Liviyadakı hadisələr Azərbaycanın “Azeri Light”, Əlcəzairin “Saharan Blend” və Qazaxıstanın “CPC Blend”in qiymətlərinə təsir göstərə bilər.

OPEC-in son hesabatına görə, 2023-cü ilin noyabrında Liviya gündəlik 1,178 milyon barel hasil edib.