Liviya, ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalara səhnə olan Sudana 14 ton təcili tibbi yardım göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bəyanatda Milli Razılıq Hökumətinin 14 ton yük daşıyan təyyarə göndərdiyi ifadə edilib.

Sudana təcili yardım ləvazimatları göndərildiyini və sözügedən təyyarənin Port Sudan Hava Limanına çatdığını bildirdilər.