Liverpul” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb. Merssaydlılar Konstantinos Tsimikasla mövcud anlaşmanın müddətini uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, yunan müdafiəçi 2027-ci ilin yayınadək İngiltərə klubunda qalacaq. Onun əvvəlki müqaviləsi iki ildən sonra bitəcəkdi.

2020-ci ldə “Olimpiakos”dan 13 milyon avroya transfer olunan 27 yaşlı oyunçu əsas heyətin üzvünə çevrilməyi bacarıb. Baş məşqçi Yürgen Klopp sol cinah müdafiəçisinin çıxışından məmnundur.