"Gün ərzində İsrail hərbçiləri Dov dağı ərazisində və İsrailin şimalındakı Marqaliot və Metula yaşayış məntəqələrində Livandan atılan mərmi və raketlər aşkar ediblər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Xidmət qeyd edib ki, bir neçə mərmi və raket yaşayış olmayan ərazilərə düşüb. 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.