İsrail hərbçiləri HƏMAS terrorçularının silahlı hücumundan sonra cavab zərbələri endirib.

İqtisadiyyat.az xəbər verir ki, zərbələr zamanı Livanın cənubunda məskunlaşan ərazilər atəşə tutulub.

"Əl-Mənar" telekanalının verdiyi məlumata görə isə, Alma əş-Şaab bölgəsində bir sıra xəbər agentliklərinin fotojurnalistlərinin və Əl-Cəzirə telekanalının çəkiliş qrupu olan jurnalistlərin olduğu avtomobil də zərər görüb. Nəticədə "Reuters" agentliyi üçün çalışan livanlı fotoqraf İssam Abdallah həlak olub, daha iki nəfər yaralanaraq xəstəxanaya aparılıb.