Qərbin Ukraynaya hərbi yardımı nəinki 2023-cü il səviyyəsinə qayıtmalı, həm də bu səviyyəni aşmalıdır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Vilnüsdə Baltikyanı ölkələr, Ukrayna və Fransanın xarici işlər nazirləri ilə görüşdən sonra Litvanın xarici işlər naziri Qabrielius Landsberqis birgə mətbuat konfransında bildirib.

"Ukraynaya göstərilən transatlantik hərbi yardım nəinki 2023-cü ildə mövcud olan səviyyəyə qaytarılmalıdır, həm də əhəmiyyətli dərəcədə artırılmalıdır", - Landsberqis qeyd edib.

Onun fikrincə, Qərb Kiyevi sözdə deyil, əməldə dəstəkləməlidir: "Ukraynaya silah veririksə, ona qalib gəlməsi üçün lazım olanı verməliyik".