PSJ-də çıxış edən Lionel Messinin növbəti dayanacağı Səudiyyə Ərəbistanı ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, Yaxın Şərq ölkəsinin məşhur klublarından olan “Əl-Hilal” argentinalı futbolçuya illik 400 milyon avro təklif edib.

PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq ulduz futbolçunun Fransa klubundan ayrılacağı dəqiq hesab olunur.

Səs-küylü transfer xəbərləri ilə tanınan jurnalist Fabrizio Romano Messinin də Cristiano Ronaldo kimi Səudiyyə Ərəbistanından astronomik təklif aldığını yazıb. İtalyan müxbir Yaxın Şərq ölkəsinin ən böyük klublarından biri olan "Əl-Hilal"ın məşhur futbolçuya illik 400 milyon avro təklif etdiyini açıqlayıb.