Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Hava Şarları Festivalından paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki,  İnstaqram hesabından paylaşılan video izləyicilərin marağına səbəb olub.

İki günlük  tədbir Şamaxı şəhərində təşkil olunub. Bu gün  tədbirin ilk günü çərçivəsində layihənin iştirakçıları üçün təqdimat olub və hava şarları, uçuş barədə məlumat verilib.

İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq.