Lənkəranda intihara cəhd olub.
İqtisadiyyat.az xəbər verir ki, Lənkəran rayonunun Parakənd kənd sakini 1983-cü il təvəllüdlü H.Ş. 7 ədəb lezva udub. O, Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıb. Həkimlər ona mədədə yad cisim diaqnozu qoyublar.
Ilkin məlumata görə, H.Ş. özünə qəsd etmək üçün bu addımı atıb.