Latviyada yaşamaq icazəsi olmayan Rusiya vətəndaşlarına ölkəni tərk etmək əmri verilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Latviyanın Miqrasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, bildiriş göndərilən 6 nəfərdən ikisi ölkəni tərk edib, qalanları isə 30 ərzində bunu edəcək.

Qeyd olunub ki, sözügedən addım Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq 2022-ci ilin payızında qəbul edilmiş ölkənin immiqrasiya qanunvericiliyində dəyişikliklərlə bağlıdır.

Mövcud qanunvericiliyə görə, hər bir rus Latviyada qanuni yaşamaq istəyirsə, daimi yaşamaq statusu üçün müraciət etməli və latış dilindən imtahan verməlidir.