İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile A Seriyasında tarixi rekorda imza atıb.

İqtisadiyyat.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər veri rki, 33 yaşlı hücumçu A Seriyası matçlarında səfərdə 100 qol vuran ilk futbolçu olub.

İtaliya millisinin üzvünün “Salernitana” ilə oyunda (1:2) penaltidən vurduğu top 100-cü səfər qolu kimi əlamətdar olub.

İkinci yerdə Joze Altafini qərarlaşıb. O, 1958-1976-cı illər aralığında 95 qol vurub. 1992-2017-ci illər aralığında oynamış Françesko Totti isə 89 qolla bu siyahıda üçüncüdür.