“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu üçün inzibati bina və avtomobil dayanacağı inşa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Tikinti işlərini “Construction Business Group” MMC həyata keçirəcək.

Dövlət Agentliyi sözügedən şirkətlə 583.416,63 manat dəyərində müqavilə bağlayıb.