"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, o, məşqdən şəkillərini paylaşaraq "Tvitter" səhifəsində yazıb: "Kral kubokunun yarımfinalına hazırlaşmağa köklənmişik. Bu günü qeyd edən hər kəsin bayramını təbrik edirəm".

Qeyd edək ki, "Əl-Nəsr" Kral kubokunu yarımfinalında "Əl-Hilal"la qarşılaşacaq.