Blokçeyn əsaslı kriptovalyutalar son illərdə təkcə investisiya vasitəsi kimi deyil, həm də ödəniş vasitəsi kimi qəbul edilir. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, blokçeyn texnologiyası beynəlxalq ödəniş və pul köçürmələri proseslərində 2030-cu ilə qədər maliyyə qurumlarına 27 milyard dollar qənaət edə bilər.

Rusiya-Ukrayna müharibəsi geosiyasi proseslər fonunda qlobal bank infrastrukturlarının yenilik etməsinə təsirsiz ötüşməyib. Bu baxımdan son illərin ən çox maraq çəkən maliyyə aləti kriptovalyutalar və blokçeyn texnologiyası olub. Kriptovalyutalar son illərdə təkcə investisiya vasitəsi kimi deyil, həm də ödəniş vasitəsi kimi qəbul edilməyə başlayıb. 

2022-ci ilin may ayında Beynəlxalq Hesablaşmalar Bankı (BIS) tərəfindən aparılan araşdırma göstərdi ki, blokçeynin əsası olan paylanmış kitab texnologiyası beynəlxalq ödənişlərdə səmərəliliyi artıracaq. Araşdırmaya görə, hər 5 qlobal şirkətdən 3-ü beynəlxalq ödənişlərdə kriptovalyutadan istifadə edir. 

Qeyd edək ki, beynəlxalq pul köçürmələri üçün əməliyyat haqqı 6%-dən 20%-ə qədərdir. 

Gülşən Şərif