Krım Rusiyanın regionudur, onu heç kim icarəyə götürə bilməz.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya və Ukraynanın “Krımın icarəsi” ilə bağlı razılığa gəlmək istədikləri barədə açıqlamasını şərh edərkən bildirib.

“Xeyr, bu belə deyil. Krım Rusiya Federasiyasının ayrılmaz hissəsidir, Bu, Rusiyan regionudur”, - deyə Peskov Belarus liderinin sözlərini təkzib edib.