Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (2 milyard 439 milyon 831 min manat), “PAŞA Bank” (2 milyard 144 milyon 26 min manat), “Kapital Bank” (1 milyard 982 milyon 356 min manat) və “Xalq Bank” (1 milyard 386 milyon 192 min manat) ASC-lərdir.

Qalan 22 bankdan 20-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata, 2 bankda isə 10 milyon manatdan azdır.

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə kredit portfeli illik müqayisədə az olub.

Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lərdir.

Ən çox azalma “AFB Bank”da (69,3%), ən az azalma isə Pakistan bankında (6,2%) qeydə alınıb.

Qalan 21 bankın kredit portfeli artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (70,2%), ən aşağı dinamika isə “Muğan Bank” ASC-də (4,3%) qeydə alınıb. 

“Renkinq”