Dünyada 4 342 685 nəfər koronavirusa yoluxub.

Bu barədə Oxu.Az-ın onlayn statistikasındaqeyd edilir.

292 893 nəfər virusdan ölüb, 1 602 539 nəfər sağalıb.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma ardıcıl olaraq ABŞ (1 408 636 nəfər), İspaniya (269 520 nəfər) və Rusiyada (232 243 nəfər) müşahidə edilir.

Türkiyədə koronavirusa 141 475 nəfər yoluxub, 3894 nəfər ölüb, 98 889 nəfər isə sağalıb.

İranda isə 110 767 yoluxma, 6733 ölüm, 88 357 sağalma qeyd olunub.

Azərbaycanda koronavirusa 2693 nəfər yoluxub, 33 nəfər virusdan ölüb, 1680 nəfər sağalıb.