Dünyada 4 256 053 nəfər koronavirusa yoluxub.

Bu barədə Oxu.Az-ın onlayn statistikasındaqeyd olunur.

Virusdan indiyə qədər 287 336 nəfər ölüb, 1 527 568 nəfər sağalıb.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxmanın müşahidə edildiyi üç ölkə ABŞ (1 385 834 nəfər), İspaniya (268 143) və Böyük Britaniyadır (223 060).

Azərbaycanın qonşularından Rusiya 221 344 nəfərlə dördüncü, Türkiyə 139 771 nəfərlə doqquzuncu, İran isə 109 286 nəfərlə onuncu yerdədir.

Ölkəmizdə indiyə qədər 2 589 nəfərdə koronavirus aşkar edilib, 32 nəfər ölüb, 1 680 nəfər sağalıb.